Ölkə futbolu

Rauf Əliyev ilk dəfə legioner kimi meydana çıxdı

Milli komandamızın üzvü Rauf Əliyev Albaniyanın “Kukesi” klubunda ilk oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Makedoniyada təlim-məşq toplanışında olan son Albaniya çempionu yerli “Labunişta” klubu ilə yoxlama matçı keçirib.

Aşağı liqa təmsilçisi ilə oyunda start heyətdə meydana çıxan Əliyev sona qədər mübarizə aparsa da, heç nə ilə yadda qalmayıb. Görüş “Kukesi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43