Ölkə futbolu

Rauf Əliyev Makedoniyadakı təlim-məşqdən danışdı: “Burada fiziki hazırlıqlar daha ağır keçir”

"Hazırda yeni komandamla birgə Makedoniyada təlim-məşq toplanışındayam. 2 gün sonra isə Albaniyaya qayıdacağıq".

İdmanxeber.com-a açıqlamasında bu sözləri Albaniyanın son çempionu "Kukesi"nin yeni transferi Rauf Əliyev deyib. Hazırda sözügedən ölkədə çempionat start götürmədiyi üçün çox danışa bilməyəcəyini söyləyən hücumçumuz senytabrın 6-sı Superkubok finalında meydana çıxmaq istədiyini dilə gətirib: "Sentyabrın 6-sı "Partizani" komandası ilə Superkubok görüşümüz var. Əlbəttə, oynamaq istəyərəm, amma son qərar baş məşqçinindi. Bəlkə də təlim-məşq toplanışında olduğumuz üçündü, ancaq burada fiziki hazırlıqlar daha ağır keçir. İnşallah, sentyabrın 9-u Albaniya çempionatı start götürəcək, o zaman biləcəm, hər şeyi. Bu mənim ilk legioner həyatı yaşamağımdı, mənim üçün hər şey yeni gəlir".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43