18 Oktyabr 2024
Kateqoriyasız

Rauf Əliyev qol vurdu, “Qəbələ” “İnter”lə bu dəfə bacarmadı

"Qəbələ” 2015/16 mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Bakının “İnter” klubu ilə üz-üzə gəlib.

Bu matç komandaların son 4 gündə ikinci qarşılaşması olub. İyunun 24-də baş tutan ilk sınaqda 1:0 hesabı ilə qalib gələn Roman Qriqorçukun baş məşqçisi olduğu komanda bu dəfə heç-heçəylə kifayətlənib. Qəbələ şəhər stadionundakı matçda hesabı qonaqlar açıb. 8-ci dəqiqədə Rauf Əliyev fərqlənib. “Qəbələ” bərabərlik qolunu ikinci hissədə vurub. Matçın 70-ci dəqiqəsində Cavid Hüseynov qonaqların qapısına yol tapıb – 1:1.

Bu, "Qəbələ"nin mövsümlərarası fasilədə ilk heç-heçəsi olub. Bunadək 3 qələbə qazanan “qırmızı-qaralar” Türkiyədə Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0, Qəbələdə “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43