Kateqoriyasız

Rauf Əliyev transferindəki qeyri-müəyyənlik klub rəsmilərini də bezdirdi

Saqqız kimi uzanan Rauf Əliyev transferi ilə bağlı artıq “Xəzər Lənkəran” susmaq qərarını verib.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında məsələnin həftəiçi həll olunacağını bildirib:

“Artıq Rauf Əliyevlə məsələsi ilə bağlı danışmaq istəmirəm. Hər şeyə həftəiçi aydınlıq gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43