Ölkə futbolu

Rauf Əliyevin son durumu açıqlandı (RƏSMİ)

Məlum olduğu kimi, mayın 1-də keçirilən “İnter”-“Sumqayıt” matçında “bankirlər”in hücumçusu Rauf Əliyev ciddi zədə almışdı.

İdmanxeber.com-un məlumatına görə, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilmişdir. 

Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılmışdır və müalicəsini ambulator şəraitdə davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43