İdman

Rauf Məmmədov Avropa çempionu oldu!

Belarusun paytaxtı Minsk şəhərində keçirilən şahmatın blits növü üzrə Avropa çempionatı başa çatıb. 

İdmanxeber.com-un məlumatına görə, çempionatın qalibi adına qrossmeysterimiz Rauf Məmmədov layiq görülüb.

Bu ayın  18-də start verilən və bir gün davam edən yarışda reytinqinə görə üçüncü iştirakçı olan Rauf (2777) 11 tur davam edən mübarizədən sonra bütün rəqiblərini qabaqlayaraq çempion olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43