Dünya futbolu

Ravanelli “Axmat”da

Braziliyanın “Ponte Preta” komandasının futbolçusu Ravanelli Ferreyra karyerasını Rusiyada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, forvardla  “Axmat” komandası danışıqlar aparır. Bu gün tibbi müayinədən keçmək üçün 19 yaşlı braziliyalı Moskvaya yollanacaq və bundan sonra müqavilə imzalayacaq.

Qroznı klubu ilə onun 4 illik sözləşmə imzalayacağı gözlənilir. Cari mövsüm “Ponte Preta”nın heyətində o, 33 oyuna 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43