Kateqoriyasız

“…razılaşmaq lazımdı” – Qurban Qurbanov

“Son oyunumuzdu. Hiss olunur ki, bu oyuna maraq azdı. Çalışacağıq ki, yaxşı nəticə ilə turniri başa vuraq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah “Dudelanj”la keçirəcəkləri oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Çox istəyərdim ki, avrokubok oyunlarının hamısında stadionumuz dolu olsun. Bəzən belə hallarla da razılaşmaq lazımdı.

Sabahkı oyunda Xayme Romero ola bilsin start heyətində meydana çıxmasın. Çünki zədəsini tam sağaltmayıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43