Dünyadan

“Real” 100 milyona “yox” dedi

“Mançester Siti” “Real”ın futbolçusu Xames Rodrigesi heyətinə qatmaq üçün qarşı tərəfə 100 milyon avro təklif edib. 

İdmanxeber.com-un məlumatına görə, “şəhərlilər”in bu təklifi isə Madrid klubu tərəfindən rədd edilib.  

Qeyd edək ki, “Real” Rodrigezi ötən ilin yayında “Monako”dan 80 milyon avroya transfer etmişdi. 23 yaşlı oyunçu ötən mövsüm La Liqada meydana çıxdığı 29 oyunda 13 qol vurub, 13 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43