“Real” “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi transfer etmək niyyətindədir
İdmanxeber.az-ın məlumatına görə, transfer 2025-ci ildə baş tuta bilər. Madrid klubu oyunçu üçün 150 milyon avro təzminat ödəməyə hazırdır.
Virtsin “Bayer” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt” portalı onun dəyərini 130 milyon avro qiymətləndirir.
Bu mövsüm yarımmüdafiəçi 6 matçda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.