Dünya futbolu

“Real” 16 yaşlı futbolçunu 45 milyon avroya transfer edir

“Real” yaxın günlərdə “Flamenqo”nun gənc hücumameylli futbolçusu Vinisius Juniorun transferini həll etmək niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, dünən “kral klubu”nun nümayəndələri danışıqlarda ciddi irəliləyiş əldə ediblər. Bu gün də danışıqların davam edəcəyi gözlənilir.

Razılaşmaya əsasən, Madrid təmsilçisi 16 yaşlı futbolçu üçün 45 milyon avro ödəyəcək. Xavbekin daha bir il “Flamenqo”da qalması gözlənilir.

Onun “Flamenqo”yla yeni müqaviləsinin müddəti 2018-ci ildə bitəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43