Dünya futbolu

“Real” 16 yaşlı hücumçu transfer etdi

Madridin “Real” klubu növbəti transferini həyata keçirib.

“Kral klubu” Braziliyanın “Flamenqo” klubunda forma geyinən Vinisius Junioru rənglərinə bağlayıb.

“Barselona”nın da maraq dariəsində olan 16 yaşlı futbolçunun Madrid klubuna keçidini “Flamenqo”nun prezidenti Kleber Leite də təsdiqləyib: “Xəbərlərdə oxuyuram ki, Vinisius “Real”a keçməyə yaxındı. Əslində, yaxın deyil, Junior artıq “Real”ın futbolçusudu”.

“Real”ın Vinisiusa görə “Flamenqo”ya 60 milyon avro ödədiyi bildirilir.

“Yeni Neymar” adlandırılan futbolçu ötən yay Çilidə keçirilən 17 yaşadək futbolçular arasında Cənubi Amerika çempionatında 5 qol vuraraq “Pichichi” mükafatına sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43