Dünya futbolu

“Real” 18 yaşlı hücumçu alır

İngiltərə Çempionşip təmsilçisi “Redinq”də çıxış edən Kaylan Vikers karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” 18 yaşlı ingiltərəli futbolçunu qış transfer pəncərəsində heyətinə qata bilər. “Kral klubu” gənc hücumçu üçün 1 milyon funt-sterlinqə ödəməyə hazırdı.

Bu mövsüm Vikers bütün turnirlərdə 19 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43