20 Sentyabr 2024
Dünya futbolu

“Real” almaniyalı futbolçu alır

“Real” gələn il heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, Madrid təmsilçisi 2025-ci ilin yayında “Bayer”də çıxış edən Florian Virtsi transfer etmək istəyir. Bu barədə “Bild” nəşri məlumat yayıb.

“Kral klubu” 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Bayer” Florian Virtsi 2020-ci ilin yanvar ayında “Köln” akademiyasından transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43