Dünya futbolu

“Real” artıq bunlara dözməyəcək” – Florentino Peres

“Real”ın prezidenti Florentino Peres La Liqa matçlarında futbolçulara qarşı irqçilik edilməsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri yaşananlara sərt reaksiya göstərib. O, bu halların İspaniya dövlətinə yaraşmadığını bildirib:

“Bildirmək istəyirəm ki, “Real” artıq oyunçularına qarşı irqçi davranışlara dözməyəcək. Bunun üçün hakimlik strukturunu dəyişmək lazımdır ki, indiki kimi cinayətin qurbanı məsuliyyətə cəlb olunmasın.

Yaşadığımız cəmiyyət oyunçumuza qarşı baş verənlər hadisələrə layiq deyil. İdman dəyərlərin görüş yeridir”.

La Liqanın 35-ci turunda Madrid klubunun hücumçusu Vinisius Junior “Valensiya” azarkeşləri ilə mübahisə edib. Futbolçu azarkeşlərin ona qarşı irçqilik etdiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43