Dünya futbolu

“Real” Azara görə 3 futbolçusunu təklif etdi

“Real” “Çelsi”nin futbolçusu Eden Azarı heyətinə qatmaqçün əlindən gələni edir.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubu belçika millisinin üzvünü heyətinə qatmaq üçün Alvaro Morata, İsko, Xames Rodriqesdən birini verməyə və əlavə pul ödəməyə hazır olduğu bildirilib. Xatırladaq ki, bir müddət öncə “Çelsi”nin A.Morata və X.Rodriqeslə maraqlandığı iddia edilirdi.

Qeyd edək ki, cari mövsüm İngiltərə çempionatında 26 oyun keçirən futbolçu 11 dəfə qol vurub və 6 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43