Dünyadan

“Real” azarkeşləri bu xəbərə sevindi

“Real”ın yarımmüdafiəçisi Xames Rodriges zədəsini sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, bir aydan çoxdur ki, “kral klubu”na kömək edə bilməyən Xames artıq məşqlərə başlayıb.

O, yığmaların heyətinə dəvət edilməyən futbolçularla birgə məşq edib.

Ulduz futbolçunun “Qranada” ilə oyunda meydana çıxmaq ehtimalının da olduğu bilririlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43