Dünyadan

“Real” azarkeşləri üçün bəd xəbər

İspaniyanın “Real” klubu La Liqanın növbəti turu çərçivəsində qarşılaşacağı “Real Sosyedad” ilə matça ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisinin iki üzvü – Modriç və Marselo zədələnib. Sözügedən futbolçular ötən gün “Malaqa” ilə görüşdə sıradan çıxıb. Onların 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Məhz buna görə də, sözügedən futbolçuların La Liqanın 20-ci turu “Real Sosyedad” və 21-ci turu “Selta” ilə görüşlərdə meydana çıxmayacağı gözlənilir. Həmin futbolçuların Çempionlar Liqasında “Napoli” ilə matça kimi hazır olması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43