Dünyadan

“Real” azarkeşləri üçün bəd xəbər

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Real”dan gələn təklifə “yox” deyib.

İdmanxeber.com-un məlumatına görə, Zinəddin Zidanın gedişindən sonra boş qalan baş məşqçi postuna Alleqrini gətirmək istəyən Madrid klubunun bu istəyi arzu olaraq qalıb. 

Bu il üçün “Yuventus”da qalmağa söz verdiyini xatırladan italiyalı məşqçi ispanlara “yox” deyib.

Onun gələn yay “Real”ın başına keçəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43