Dünyadan

“Real” azarkeşlərinə şad xəbər

“Real”ın müdafiəçisi Daniel Karvahal zədəsini tam olaraq sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasında “Şalke” ilə oyunda sol ayağından xəsarət alan futbolçu, artıq ümumi komanda ilə məşqlərə başlayıb.

23 yaşlı oyunçunun La Liqanın XV turunda “Vilyareal”a qarşı matçda komandasına kömək edəcəyi bildirilir.

“Real” – “Vilyareal” görüşü martın 2-si, Bakı vaxtı ilə 01:00-da keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43