Dünyadan

“Real” azarkeşlərini üzəcək xəbər: komanda transfer etməyəcək

“Real”ın baş məşqçisi Karlo Ancelotti  qış fasiləsində transfer etməyəcəklərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bundan əlavə Ernandesi satmaq fikirlərinin olmadığını da dilə gətirib:

“Ernandes komandadakı rolunu bilir. Digər hücumçular daha yaxşı olduqları üçün o, nadir hallarda meydana çıxır. İspaniya Kubokunda və “Ludoqorets”lə görüşdə ona şans vermişəm. Əminliklə deyə bilərəm ki, qışda komandadan ayrılmayacaq. Yanvarda heç kimi satmayacağımıza görə transfer də olmayacaq. Qışda heyəti gücləndirməyə ehtiyacımız yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43