İdman

“Real” “Barselona”nı məğlub edərək İspaniya Superkubokunu qazandı – VİDEO

Son ölkə çempionu "Real" İspaniya Superkubokunu da qazanıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi iki oyundan ibarət mübarizədə "Barselona"dan güclü olub. 
İlk görüşdə səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Zinəddin Zidanın komandası bu gün Madriddə keçirilən görüşdə 2 cavabsız qolla Superkubokun sahibi olub.
"Real"ın hücumçusu Kriştiano Ronaldo cəzalı durumda olduğundan bu görüşdə iştirak etməyib.

17 avqust

"Real" – "Barselona" – 2:0
Qollar:
 Asensio, 4, Benzema, 39
İlk oyun – 3:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43