18 Oktyabr 2024
Dünyadan

“Real” “Barselona”nın istədiyi futbolçunu transfer etdi

Madridin “Real” klubu 13 yaşlı futbolçu transfer edib.

İdmanxeber.com-un məlumatına görə, İspaniya nəhəngi Bruno Alveşi heyətinə qatıb. İspaniyanın “Santa Marta” klubunda oynayan 13 yaşlı futbolçunu “Barselona”, “Atletiko” və “Mançester Siti” də heyətinə qatmaq istəyirdi. Ancaq gənc futbolçu “Real”ın хeyirinə seçim edib. Bruno Alveş gələn mövsüm “Real”ın Qutinin baş məşqçisi olduğu komandasında çıхış edəcək.

Qeyd edək ki, Bruno Alveş başa çatan mövsümdə “Santa Marta”nın heyətində 55 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43