Dünyadan

“Real” “Barselona”nın rekordunu qırdı

“Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 40-a çatdırıb.

İdmanxeber.com-un məlumatına görə, Zinəddin Zidanın yetirmələri bu nəticəyə dünən İspaniya Kral Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sevilya”ya qarşı keçirilən cavab oyununda imza atıblar.

Belə ki, Madrid klubu səfərdə 3:1 hesabı ilə geriyə düşdüyü matçdan heç-heçə ilə ayrılmağı bacarıb (3:3) və məğlubiyyətsizlik oyunlar seriyasını davam etdirib. Bu, İspaniya futbol tarixində yeni rekorddur.

Qeyd edək ki, madridlilər sonucu dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43