İdman

“Real” – “Bavariya: kimlər oyunu buraxır?

Sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, ilk oyunda səfərdə “Bavariya” üzərində 2:1 hesablı qələbə qazanan “Real” rəqibini bu dəfə evdə qəbul edəcək. 

Münhen klubu ilk oyundan öncə ciddi itkilərlə üzləşmişdi. Lakin sabahkı matç öncəsi zədəlilərin bir çoxu sıraya dönüb. Xavi Martines və David Alaba artıq komanda ilə məşqlərə başlayıb. 

Jerom Boatenq də “Santyaqo Berbanbeu”da meydana çıxa bilər. Yalnız Aryen Robbenin durumu heç də ürəkaçan deyil. Amma onun da oyuna qədər hazır olmaq ehtimalı var. 

“Real”da zədəlilər var. Naço uzun müddətdir sıradan çıxıb. Dani Karvahal və Lukas Vaskesin də zədəsi var. Lakin onlar meydana çıxa bilərlər. 

Madridin öz zədə problemləri var, müdafiəçilər Nacho və Dani Carvajal həm şübhələr, həm də Lucas Vazquez’in Münihdə bağlanma mərhələlərində olduğu kimi sağ tərəfində doldurmaları lazım ola biləcəyini ifadə etdi.

Bazar günündən məşqlərə başlayan İskonun da çiyni əzilsə də, sağalmağa başlayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43