Dünya futbolu

“Real” “Bavariya”nın futbolçusunu alır?

İspaniyanın “Real” klubu “Bavariya”nın üzvü David Alabanı heyətinə qatmaqda mraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisinin avstriyalı futbolçunu ən geci yayda heyətinə qatmağı planlaşdırır.

Münhen təmsilçisi ilə razılığa gələ bilməyən 28 yaşlı futbolçunun digər klubların təklifini nəzərdən keçirməyə hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Alabanın “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayı başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43