Dünya futbolu

“Real” “Bavariya”nın müdafiəçisi ilə anlaşdı

“Real” “Bavariya”nın müdafiəçisi Alfonso Devislə şifahi razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bu yay və ya 2025-ci ilin yayında – Münhen komandası ilə müqaviləsi başa çatdıqdan sonra “kral klubu”na keçib.

Bu mövsüm 23 yaşlı futbolçu 27 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı müdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir. Futbolçunun “Bavariya” ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43