Dünya futbolu

“Real” Beyli “Mançester Yunayted”ə satır

İspaniyanın “Real” klubu Beyli satmaq üçün “Mançester Yunayted”lə danışıqlar aparmağa hazırdır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Independent” nəşri məlumat yayıb.

Məlumata görə, “kral klubu” “Çelsi”dən Eden Azarı, “Monako”dan  Kilian Mbappeni transfer etmək üçün Beylin satışından əldə olunacaq gəliri istifadə etmək istəyirlər. İspanlar uelsli futbolçunu 100 milyon funta satmaq niyyətindədir.

Komanda həm də Qaret Beylin “Mançester Yunayted”ə satışının qolkiper De Xeanın komandaya gətirilməsinə kömək edəcəyini düşünür.

Cari mövsüm La Liqada 19 oyun keçirən Qaret Beyl 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43