Dünya futbolu

“Real” braziliyalı futbolçunu transfer edir

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayş karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı braziliyalı üçün Madrid “Real”ı mübarizə aparır. “Kral klubu” təzminat kimi tələb olunan 120 milyon avronu ödəməli olacaq.

“Real” transferi qış transfer pəncərəsində tamamlamağı planlaşdırır.

Ötən mövsüm Gimarayş 40 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43