Dünya futbolu

“Real” bu hücumçu üçün 80 milyonundan keçir

FutbolPress“Leypsiq”in hücumçusu Timo Verner karyerasını Madrid “Real”ında davam etdirə bilər.

Bu barədə İspaniyanın “El Desmarque” nəşri məlumat yayıb. İddaya görə, “Real” yayda futbolçu üçün Bundesliqa klubuna 80 milyon avro təklif edəcək.

Almaniya millisinin üzvü bu mövsüm “Leypsiq”in heyətində 25 matçda iştirak edib. Hücumçunun aktivində 23 qol və 10 məhsuldar ötürmə var. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43