Dünya futbolu

“Real” iki futbolçusunu geri çağırdı

İspaniyanın “Real” klubu icarəyə verdiyi iki futbolçusunu geri qaytarır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “As” qəzeti məlumat yayıb.

Məlumata görə, Xesus Valyexo kral klubundan rəsmi məktub alıb.

İcarə əsasında “Ayntraxt”da oynayan müdafiəçi “Real”a dönəcək və növbəti mövsümü “kral klubu”nda keçirəcək.

Məlumata gör,ə yaxın günlərdə analoji məktub “Alaves”də çıxış edən Markos Lorenteyə də göndəriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43