Dünya futbolu

“Real” ispaniyalıdan imtina etmir

Brahim Dias “Real”la “Borussiya” arasındakı sövdələşmədə iştirak etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Milan”da çıxış edən 23 yaşlı futbolçu müqavilə ilə Madrid təmsilçisinə məxsusdur. Daha öncə mətbuatda “Real”ın Jud Bellingem üçün “sarı-qaralar”a Dias və bir miqdar pul təklif etməyə hazırlaşdığı iddia edilirdi.

Ancaq rəhbərlik bu xəbərləri təkzib edib. 23 yaşlı yarımmüdafiəçinin bu transferə daxil edilməyəcəyi bildilir.

O, bu mövsüm A Seriyasında 30 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Real” Almaniya komandasına Bellingem üçün 100 milyon avro təzminat ödəməyə hazırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43