28 Sentyabr 2024
Dünya futbolu

“Real” Karvaxalla müqavilə uzadır

“Real” rəhbərliyi müdafiəçi Daniel Karvaxalla müqaviləni uzatmaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik bir illik yeni sözləşmə hazırlayır. Qeyd olunur ki, müqavilə Luka Modriç və Lukas Vaskesin gələcək taleyi qərarlaşdıqdan sonra imzalanacaq.

Hər ikisi də tərəfdaşlığını daha bir mövsüm uzatmalıdır.

Qeyd edək ki, 32 yaşlı Karvaxala Səudiyyə Ərəbistanının bəzi klubları da maraq göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43