Dünyadan

“Real Madrid” “Arsenal”ın ulduz futbolçusunu istəyir

İspaniya təmsilçisi "Real Madrid", Uels milli komandasında ötən yay möcüzələr yaradan Beyl və Ramsey ikilisini La Liqada görüşdürməyi planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, İsko və Xames Rodrigezdən sabit performans ala bilməyən "Real Madrid", gözünü "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remziyə dikib.

Zidanın çalışdırdığı və hazırda liqada ilk pillədə qərarlaşan komanda, növbəti uğurlarını əldə etmək üçün, Qəret Beyl və Aaron Remzi ikilisini eyni klubda görüşdürməyi planlaşdırır.

Madrid klubunun bu transfer üçün 34 milyon avro verməyə hazır olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43