Dünyadan

“Real Madrid”də Benzema sevinci

"Real Madrid"in fransalı hücumçusu Kərim Benzema zədəsini sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, fransalı forvard növbəti turda "Atletiko Madrid"lə keçiriləcək derbi matçına qədər tam hazır olacaq. Madrid təmsilçisinin tibbi heyətinin verdiyi açıqlamaya əsasən, ulduz futbolçu məşqləri bərpa edib.

Qeyd edək ki, Benzemanın sağaldığı ərəfədə, komandanın digər hücumçusu Alvaro Morata sıradan çıxıb. Belə ki, ispaniyalı futbolçu milli komandasının sonuncu matçında zədələnərək qarşılaşmanı yarımçıq başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43