Kateqoriyasız

“Real” və “Yuventus” uduzdu – Yenilənib

Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə iki matç keçirilib.

Madriddə “Real” “Mançester Siti”i qəbul edib. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın ikinci yarısında 3 qol qeydə alınıb. Daha dəqiq oynayan qonaqlar qələbəni bayram ediblər.

Günün digər qarşılaşmasında isə “Yuventus” “Lion”un  qonağı olub. Burada meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Mərhələnin cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar

26 fevral

00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2
Qollar:
 İsko, 60 – Jezuş, 78, De Bruyne, 83
Qırmızı vərəqə: Ramos, 86

00:00. “Lion” (Fransa) – “Yuventus” (İtaliya) – 1:0
Qol: 
Tüzar, 31


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43