Dünya futbolu

“Real” Mbappe ilə bağlı qərarını dəyişdi

“Real” PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı mövqeyini dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu  24 yaşlı futbolçu ilə maraqlansa da, onu üçün transfer məbləği ödəmək niyyətində deyil. “Real” Mbappeyə yanvarın 15-dək vaxt verib.

Hücumçu bu tarixə qədər təklifi qəbul etməsə, Madrid komandası artıq razılaşmadan imtina edəcək.

Daha əvvəl Mbappenin uzunmüddətli olması şərti ilə PSJ ilə yeni müqavilə imzalayacağı bildirilib.

Cari mövsümdə fransalı Liqa 1-də 14 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43