Dünya futbolu

“Real” Mbappe üçün Halandı gözlədir

“Real” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün Erlin Haland transferindən imtina edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, norveçlinin meneceri İspaniya klubunun nümayəndələri ilə sıx əlaqədədir. Ancaq “Real”ın qərarvericilərinin Mbappeni transfer etmək istədiyi bildirilir.

Yanvarın 1-də Madrid təmsilçisinin fransalı futbolçuya rəsmi təklif göndərdiyi və yekun qərarın bu ayın sonu veriləcəyi iddia edilib.

Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Bu mövsüm o, parislilərin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 22 qol vurub və 2 məhsuldar ötürmə edib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43