05 Avqust 2020
Dünya futbolu

“Real” ona sərvət təklif edəcək

İspaniya mətbuatının verdiyi məlumata görə, “Kral Klubu” “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinoya sərvət təklif edəcək. Uğursuz gedişatın ardından ispaniyalı mütəxəssis Lopeteqi ilə yollarını ayıran Madrid təmsilçisi gözünü argentinalı baş məşqçiyə tikib.

Argentinalı bu yaxınlarda London klubu ilə müqaviləsini 2023-ə qədər uzatsa da, “Real”ın edəcəyi təklif onun yenidən düşünməyə vadar edə bilər. Belə ki, “Kral Klubu” hazırda “Tottenhem”də  ilinə 9,5 milyon avro alan gənc mütəxəssisə illik 20 milyon avro təklif etməyi düşünür.

Xəbərdə Poçettinonun ayrılmaq istədiyi təqdir belə London klubunun onu mövsümün axırına kimi buraxmayacağı da bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Tottenhem” Avropa Liqasında mübarizəni dayandırdı – VİDEO

admin

Ronaldo “Yuventus”a keçə bilər

admin

“Sauthempton” – “Tottenhem” 2:3 – VİDEO

admin