20 Sentyabr 2024
Dünya futbolu

“Real” ondan əl çəkmir

“Real” 2024-cü ilin yayında Alfonso Deyvisi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu sol cinah müdafiəçisini heyətinə qatmaqda israrlıdır. Kanadalı oyunçu “Bavariya”nın müqavilə yeniləmə təklifini qəbul etməyib. Onun Münhen klubuyla olan sözləşməsi 2025-ci ildə bitir.

Deyvis 2019-cu ildən bəri Almaniya klubunda çıxış edir. O, bu mövsüm 23 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43