Kateqoriyasız

“Real” qapıçı mövqeyini gücləndirmək istəyir

"Tottenhem" və Fransa millisinin qapıçısı Hüqo Lloris "Real" Madrid klubunun transfer siyahısına düşüb.

İdmanxeber.com-un məlumatına görə, "Kral" klubu qolkiper üçün ingilis klubuna 35 milyon avro təklif edir.

Lakin "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino fransalı əlcək sahibinin müqaviləsinin uzadılmasının tərəfdarıdır.

2012-ci ildə "Olimpik Lion"dan "Tottenhem"ə transfer olan Lloris, London təmsilçisinin heyətində son mövsümdə 51 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43