08 Sentyabr 2024
Dünyadan

“Real” şokda: Final matçını buraxa bilər

Madrid “Real”ının aparıcı üzvlərindən olan Pepe zədələnərək sıradan çıxıb.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi baldır əzələsindəki zədə səbəbi ilə bu gün tibbi müayinədən keçib.

Portuqaliyalı futbolçunun azı 15 gün yaşıl meydanlardan kənar qalacağı açıqlanıb. Pepenin mayın 24-də Çempionlar Liqasının finalında Madrid “Atletiko”su ilə keçiriləcək qarşılaşmada iştirakı sual altındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43