Madrid “Real”ının aparıcı üzvlərindən olan Pepe zədələnərək sıradan çıxıb.
İdmanxeber.com-un məlumatına görə, müdafiəçi baldır əzələsindəki zədə səbəbi ilə bu gün tibbi müayinədən keçib.
Portuqaliyalı futbolçunun azı 15 gün yaşıl meydanlardan kənar qalacağı açıqlanıb. Pepenin mayın 24-də Çempionlar Liqasının finalında Madrid “Atletiko”su ilə keçiriləcək qarşılaşmada iştirakı sual altındadı.