Dünya futbolu

“Real” təcrübəli oyunçunun müqaviləsini uzadacaq

“Real” Daniel Karvahalla müqaviləni uzatmaq fikrindədir. 

İdmanxeber.az məlumat verir ki, “kral klubu” 32 yaşlı futbolçuya uzunmüddətli müqavilə təklif edəcək.

Müdafiəçi 2013-cü ildən “Real”da çıxış edir. Bu müddət ərzində o, Madrid klubu ilə 22 kubok qazanıb. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43