Dünyadan

“Real” üçün şok: Kubokdan kənarlaşdırıldı

“Real” İspaniya kubokundan kənarlaşdırılıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb “kral klubu”nun cəzalı futbolçu oynatması olub. Belə ki, Madrid təmsilçisi turnirin 1/16 final  mərhələsində “Kadiz”ə qarşı matçda cəzalı futbolçu Denis Çerışevi oynadıb.

Qeyd edək ki, həmin matçda”Real” 3:1 hesabı ilə qalib gəlmişdi. Qollardan birini məhz Çerışev vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43