Dünyadan

“Real” üçün şok xəbər: Madrid klubu ulduz futbolçusundan ayrılıq mesajı aldı

Madrid “Real”ının ulduz futbolçusu Luka Modriç “kral” klubundan ayrılır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məşhur FIFA agenti Fransua Qalyardo açıqlamasında bildirib.

Qalyardo bildirib ki, “Tottenhem”dən “Real”a 42 milyon avro qarşılığında transfer olunan xorvatiyalı futbolçu Madrid klubunu tərk etmək istəyir. Qalyardo bunları deyib:

“Modriç “Real”ı tərk etmək istəyir. O, əla futbolçudu, amma komandanı tərk etməkdə maraqlıdı. Bunu “Real” rəhbərliyi də bilir. Əgər onu heyətində görmək istəyən klub tapılacaqsa, “Real”ın rəhbərliyi Modriçi 50-55 milyon avro qarşılığında buraxacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43