Kateqoriyasız

“Real” və “Volfsburq” möcüzəyə imkan vermədi (YENİLƏNİB+VİDEOLAR)

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki oyun keçirilib.

Belçikada "Gent"ə qalib gələn Almaniyanın "Volfsburq" klubu öz meydanında da qələbə qazanaraq tur adlayan tərəf olub.

İlk oyunda "Real"a öz meydanında 0:2 hesbaı ilə uduzan İtaliyanın "Roma" klubu da möcüzə edə bilməyib. Madrid təmsilçisi eyni hesabla öz meydanında qələbəni bayram edən tərəf olub.

Qeyd edək ki, bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək.

8 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Real" (Madrid, İspaniya) – "Roma" (İtaliya) 2:0

Qollar: Ronaldo, 64, Rodriges, 68

İlk oyun – 2:0

23:45. "Volfsburq" (Almaniya) – "Gent" (Belçika) 1:0

Qol: Şürle, 74

İlk oyun – 3:2



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43