Dünya futbolu

“Real” Xamesə qiymət qoydu

“Real” hücumçusu Xames Rodrigesə 70 milyon avro qiymət qoyub.

İdmanxeber.com-un məlumatına görə, kolumbiyalı futbolçunu satmaq istəyən klub futbolçunu aldığı qiymətə satmaq niyyətindədir.

Sözügedən məbləği “Real” 2014-cü ildə X.Rodriqesi “Monako”da transfer edərkən ödəyib.

Qeyd edək ki, X.Rodriqeslə “Mançester Yunayted” və “Çelsi”nin maraqlanır. Yayılan məlumatlara görə, artıq Mançester təmsilçisi futbolçu ilə razılığa gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43