Dünyadan

“Real”a iki zərbə birdən

Madridin “Real” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu”nun heyətində Qaret Beyl və Dani Karvaxal zədəlidir.

Bu futbolçular İspaniya La Liqasının 34-cü turunda “Vilyareal”la oyunu buraxacaq. Məhz buna görə də, sözügedən futbolçular matç üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, “Real” – “Vilareal” görüşü aprelin 21-ci keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43