01 Oktyabr 2024
Dünya futbolu

“Real”a müdafiəçisindən şad xəbər

“Real”ın müdafiəçisi David Alaba məşqlərə başlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstriyalı futbolçu fərdi məşq edir. 32 yaşlı müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələ də bəlli deyil.

Xatırladaq ki, Alaba ötən il dekabrın sonunda zədələnib və Avropa çempionatını buraxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43